Paşinyan -Ermənistanın böyük itkilər verdiyini etiraf etdi

23:05 14-10-2020 65
On səkkiz gün davam edən döyüşlərdə Ermənistan ordusunun bölmələri münaqişə zonasının şimal və cənub istiqamətlərinin bəzi bölgələrindən geri çəkilib.
Yenixeber.org:  Bunu Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciəti zamanı bildirib.

Paşinyan, Ermənistanın böyük itkilər verdiyini etiraf edib. O deyib ki, Ermənistan ordusu "vəziyyətə nəzarəti" böyük itkilər bahasına saxlayır:“İndi hamı başa düşməlidir ki, cəbhə xəttində son dərəcə çətin vəziyyət yaranıb”.