Ərdoğanla Putin Dağlıq Qarabağı müzakirə etdilər

23:13 14-10-2020 85

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Yenixeber.org: TASS xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Qeyd edilir ki, tərəflər Dağlıq Qarabağda siyasi prosesin fəallaşmasını müzakirə ediblər.

Putin Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağda münaqişənin deeskalasiyasına konstruktiv töhfə verəcəyinə ümid etdiyini bildirib.

Danışıq Türkiyə tərəfinin təşəbbüsü ilə olub.