Lazım gəldi, açar da bizdə

23:26 14-10-2020 70

Paşinyana sığınacaq verəkmi?

 Gözün aydın millət! Nəhayət ki, uzun illər gözlədiyimiz LAZIM gəlib çıxdı. Elə -belə gəlmədi ha, QARABAĞın AÇARını da özü ilə gətirdi. Amma gəlin onu da etiraf edək ki, LAZIM elə-belə öz xoşuna əsla buralara gəlməzdi. Biz onu pulla-parayla, rüşvətlə, aldadıb da gətirmədik. LAZIM pula-paraya satılan olsaydı, onu çoxdan alıb gətirərdik. LAZIMı Paşinyan Ermənistandan, Qarabağdan qovaladı ki, o da bizim tərəfə üz tutdu. Azərbaycan, məhz bu «xadmətinə» görə Paşinyana QARABAĞda "heykəl" qoymalıdır, bir gicbəsər simvolu kimi. Paşinyanın axmaqlığı olmasaydı, yəqin ki, LAZIMın bizim tərəfə gəlməsi də mümkün olmazdı. Bu axmaqlığın bir göstəricisi də odur ki, son zamanlar bütün dünya dövlətləri qarşısında dizin-dizin sürünərək müharibənin dayandırılması üçün yalvaran Paşinyan nəhayət, "rus qardaşı Putin"in köməyi ilə buna nail oldu. Amma öz xislətini dəyişə bilmədi və hümanitar atəşkəs rejimi dönəmində Gəncəyə dağıd ataraq, dinc əhalinin qatilinə çevrildi.

Amma millət, bu heç kimə sirr deyil ki, bu ermənilər çox həyasız, abırsız, alçaq, rəzil, istənilən anda ən yaxın dostuna belə arxadan zərbə vurmağa hazır, eyni zamanda qorxaq və yaltaq tayfadırlar. Ona görə də Paşinyanın bu səhvini ona bağışlamayacaqlar. Paşinyanın da əlacı qaçmağa qalacaq.

Nədənsə, mənə elə gəlir ki, o, məhz Azərbaycandan sığınacaq istəyəcək. Bu heç də asan olmayacaq, çünki Paşinyanı da ermənilər çox yaxşı tanıyır. Mənə belə gəlir ki, o, Prezident İlham Əliyevdən Azərbaycan ərazisində görüş istəyəcək. Bu görüşdə isə Prezident İlham Əliyevə ona Azərbaycanda sığınacaq veriləcəyi halda, istənilən təklifi qəbul edəcəyini bildiricək. Azərbaycan tərəfi də, LAZIMı bizə tərəf qovduğu üçün ona "sığınacaq" verə bilər. Amma verəcəkmi, verməyəcəkmi bilmirəm. Çünki bütün dünyaya Qarabağın Ermənistan olduğunu bəyən edən, Şuşada yallı gedən, Cıdır düzündə şellənən Paşinyanın Azərbaycana sığınmasına heç ermənilər də razılıq verməyəcəklər. Bugün Ermənistanda elə quvvələr var ki, BU KÜÇƏ UŞAĞINI cəzalandırmaq üçün məqamın gözləmək. Çünki LAZIMın Ermənistanı və Qarabağı tərk etməsində Paşinyanın xüsusi xidmətlərinin olduğunu onlar da yaxşı bilirlər.

Ancan burada bir şeyi də yaddan çıxarmayaq və son proseslərə diqqət edək. Əslində, LAZIMı Paşinyanla üz-göz edən də, Azərbaycan Prezidenti İlham Əliyev oldu. İlham Əliyevin son dövrdəki fəaliyyət, sərt və qətiyyətli çıxışları, Paşinyanı nala-mıxa vurmağa vadar etdi. Paşinyanın uydurduğu yalanlara, iftiralara, böhtanlara İlham Əliyevin verdiyi sərrast və hədəfi vuran cavabları onu LAZIMın gözündən saldı. Yəni əsas məsələ odur ki, Azərbaycan prezidentinin son illər beynəlxalq aləmə, dünya dövlətlərinə ünvanladığı sərt bəyanatlar LAZIMın da bizim mövqeyimizi dəstəkləməsinə gətirib çıxardı.

O ki qaldı AÇAR məsələsinə, bu bir qədər fərqli məsələdir. Çünki AÇARın kimdə olması, əslində o qədər də önəmli deyil. Gördüyünüz kimi, son olaylar da bir daha sübut etdi ki, elə AÇAR da özümüzdə, Azərbaycanda, Azərbaycanın qətiyyətli rəhbərinin və şanlı Ordusunun əlindədir.

Tanınmış politoloq Zərdüşt Əlizadə hesab edir ki, bəzilərinin iddia etdiyi kimi, Qarabağın AÇARInın Rusiyada olmasının bir səbəbi var idi. Bu da ermənilərin xəstə təxəyyülünün və hikkələrinə hakim kəsilən barışmazlıqdan irəli gəlirdi. Paşinyanın son addımları da, bunu bir daha sübüt etdi. Azərbaycan tərəfi isə sərt mövqeyi, Ordusunun gücü və qüdrəti ilə AÇAR sahibinin özü olduğunu təsdiqlədi.

Bu gün Rusiya artıq Azərbaycan -Ermənistan savaşına açıq müdaxilə etmir. Onu düşündürən Paşinyanı devirərək, onun yerinə özünə sadiq başqa birisini gətirməkdir. Azərbaycanın arxısında isə qardaş Türkiyə durur və Rusiya bu amillə barışmaq zorundadır.

Əlqərəz, artıq LAZIM da, AÇAR da özümüzdə olduğundan, Ordumuzun rəşadətindən, xalqımızın qüdrətindən, dövlətimizin qətiyyətindən çıxış edərək deyə bilərik ki, QƏLƏBƏ bizimlədir! Qısa zamanda üçrəngli bayrağımız ŞUŞAda, XANKƏNDİndə, QARABAĞın bütün bölgələrində dalğalanacaq, İnşəallah! Qarabağ Azərbaycandır, Azərbaycanın olacaq!

 

P.S. Biz çox tolerant və hümanist xalq olduğumuzdan, düşünürəm ki, xəstə, çarəsiz adama kömək etmək borcumuzdur. Əgər Paşinyan LAZIMı Azərbaycana vermək müqabilində sığınacaq istəyərsə, Məştağadakı xəstəxanada ona bir yer ayırmaq olar. Bu qədər.

 

Yusif Seyid