Yalanın qırx günü

23:29 14-10-2020 80

Azərbaycan üç cəbhədə- Qarabağ, arxı cəbhə, korona

 Hə millət, bu gün canım Azərbaycan üç cəbhədə savaşdadır. Hər üç cəbhədə maraq və məramlarımız müxtəlif olsa da, ümumi Qələbəmiz üçün əsas olan həmrəyliyimiz, birliyimiz və biri-birimizə qarşı anlaşıqlı olmağımızdır. Çünki bu cəbhələrdən heç birini ikinci dərəcəli hesab etmək olmaz çünki biri-biriləri ilə sıx baqlılıqları var. Yəni Qarabağ cəbhəsində Qələbə qazanmaq üçün arxa cəbhəmiz güclü və sağlam olmalıdır. Arxa cəbhənin güclü və sağdam olması üçün isə bir an belə, korona bəlasına qarşı mübarizəni səngitmək olmaz. Məhz buna görə də, bugun heç zaman olmadığımız qədər azarbaycanlı olmalıyıq. Heç zaman olmadığımız qədər vətənpərvər olmalıyıq. Heç zaman olmadığı qədər qayda və qanunlara əməl etməliyik. Heç zaman olmadığı qədər biri-birimizə dəstək, arxa olmalıyıq. Heç zaman olmadığı qədər dövləti və milləti sevməliyik. Bütün bunları ona görə təkrar-təkrar qeyd etdim ki, bir millət və dövlət olaraq bütün bu çətinliklərdən üzüağ çıxmaq üçün, məhz bu şərtlərin vacibliyini diqqətə çatdırım.

 Bilirsiniz ki, el arasında belə bir deyim var: "Yalan ayaq tutar, yeriməz", bir də deyirlər: "Yalanın ömrü 40 gün olar". Amma gördüyünüz və şahid olduğunuz kimi, bütün xristian dünyasının dəstəklədiyi erməni yalanları nəinki yeridi, hətta dünyanın hər yerinə yayıldıda!

Azərbaycan Respublikası prezidentinin səbr kasası daşmasaydı, bu yalanların ömrü də 40 gün yox, az qala 40 ilə yaxın bir zamanı əhatə edəcəkdi. Heyhat, hər şeyin bir sonu olduğu kimi, bu yalanların da sonunu çatdığını görməyi Allah-Təalə bizə nəsib etdi. Artıq 18 gündür ki, 30 ildən artıq düşmən ayaqları altında inləyən Qarabağ cəbhəsində Vətən torpaqları uğrunda qanlı döyüşlər gedir. Azərbaycan dövləti, Ordusu və Xalqı bu döyüşlərdə qazandıqları qələbələri ilə bütün dünyanın diqqətini özünə çəkdi. Ermənilərin bu illər ərzində uydurduqları bütün yalanları faş edərək, dünyaya bəyan etdi. Qarabağ cəbhəsində Dövlətimizin və Ordumuzun bu şanlı qələbəsinin nəticəsidir ki, bugünə qədər erməni yalanlarına uyanlar da, artıq bizim haqq səsimizi eşitməyə başlayıblar. Bunun bir səbəbi də Qarabağ cəbhəsində gedən savaşı dəqiqliklə izləyən, idarə edən dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin sərt və qətiyyətli mövqeyidir. Prezident İlham Əliyev bu mövqeyi ilə bir daha sübüt etdi ki, bu savaş vətən torpaqlarının azadlığı uğrunda gedən müqəddəs savaşdır, bu müharibə Vətən müharibəsidir, Qarabağ Azərbaycandır, Azərbaycanın da olacaq!  Bu da danılmaz bir faktdır ki, 30 ildən çox bir zaman kəsimində Qarabağda baş verən olaylara biganə qalan, bu hadisələrdən sadəcə olaraq "narahatlıq" keçirənlər də, istər-istəməz Ali Baş Komandanın mövqeyi ilə razılaşmaq zorundadırlar. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Dövləti və Xalqı birdir və lazım olduğu məqamda bu birliyi ən yüksək səviyyədə nümayiş etdirə bilir. Qarabağ cəbhəsində həyata keçirilən hərbi əməliyyatlar da bunu bir daha sübut etdi. Lakin onu da diqqətə almaq vacibdir ki, Qarabağ cəbhəsindəki qələbənin təminatı həm də arxa cəbhədəki vəziyyətlə sıx bağlıdır.

Bugün Azərbaycan xalqının arxa cəbhədəki fəaliyyəti və dəstəyi də, Qarabağ cəbhəsindəki şanlı mübarizənin, mütləq qələbə ilə nəticələnməsinə xidmət edir. Belə də olmalıdır. Arxa cəbhədə hər kəs bu qələbə üçün, bu amal uğrunda çalışır ki, torpaqlarımız qeyri-şərtsiz azad olunsun. Ordumuz öz zəfər bayrağını Şuşada, Xankəndidə dalğalandırsın.

"Hər şey cəbhə üçün, hər şey qələbə üçün" şüarı da Ordumuzun və Xalqımızın bu əzmini nümayiş etdirir. Məhz buna görə də, Ordumuzun və Xalqımızın bu əzmkarlığının mütləq qələbə ilə nəticələnəcəyinə heç kim şübhə etmir. Hamı bir nəfər kimi inanır ki, Azərbaycan Ordusu erməni dığalarını Azərbaycan-Qarabağ torpaqlarından birdəfəlik it kimi qovulmasını tam təmin edəcək. Elə təmin edəcək ki, murdar erməni ayağı bir daha Azərbaycan torpaqlarına dəyməyəcək. Öz Prezidentinə və Ordusuna güvənən Azərbaycan xalqı da buna tam əmindir. Amma və lakin...

Bu gün torpaqlarımızda xalqımızı və dövlətimizi təhdid edən, Qarabağ savaşı səbəbindən ikinci plana keçən bir bəla da var ki, onunla mübarizə də çox ciddi şəkildə davam etdirilməlidir.

Bu düşmən, heç də ermənilərdən zəif deyil, sadəcə, biz onun varlığını qəbul etmək istəmirik. 

İstəsək də, istəməsək də bu bəlanın mövcudluğunu qəbul etmək zorundayıq və ona qarşı mübarizə də, məhz bu müstəvidə aparılmalıdır. Əgər Qarabağ savaşında əsaə ağırlıq Dövlətin və Ordunun üzərinə düşürsə, korona cəbhəsində məsuliyyət tam olaraq bizim üzərimizə, ölkəmizin hər bir vətəndaşının üzərinə düşür. Artıq 8 aya yaxındır ki, bu bəla bizi addım-addım izləyir.

Onu da qeyd etmək vacibdir ki, dövlətimiz və hökumətimiz bu bəladan qurtulmağın yollarını hər birimizə göstərdi və bu istiqamətdə üzərinə düşən vəzifələri yerinə yetirdi. Lakin son zamanlar yoluxma hallarında artım tendensiyasının müşahidə olunması onu deməyə əsas verir ki, Qarabağ savaşında əldə olunan uğurlar, korona savaşında bizi artıq məğlubiyyətə aparır. Bu isə yolverilməzdir. Çünki Qarabağ savaşında dövlətimiz və Ordumuz öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirirsə, bizim də hər birimizin borcu və vəzifəsi odur ki, korona savaşında dövlətə dəstək olaq. Bu isə yalnız qəbul olunan qayda və normalara əməl etməklə mümkündür. Əgər biz Qarabağ cəbhəsində döyüşən əsgərlərimizin uğurlarını artırmaq istəyiriksə, korona cəbhəsində elə şərait yaratmalıyıq ki, biz onların qələbəsinə əmin olduğumuz kimi, onlar da bizim koronaya qalib gələcəyimizə inansınlar. Mənə belə gəlir ki, bunu anlamaq o qədər də çətin deyil. Sadəcə olaraq bir qədər məsuliyyətli olmağa çalışmalıyıq. Belə bir şəraitdə bütün məsuliyyəti dövlətin üzərinə atmaq da düzgün deyil. Bugün dövlətimizin qarşısında duran əsas vəzifə işğal altında olan Qarabağ torpaqlarının azad edilməsidir. Biz də arxa cəbhənin əsgərləri olaraq pandemiyaya qarşı savaşda qələbə qazanmaq üçün çalışmalıyıq. Əgər buna nail ola bilməsək, Qarabağda tam qələbə çalsaq belə, cəmiyyətimizin ruh düşkünlüyü ilə üzləşə bilərik.

Heç bir ana, heç bir valideyn övladının gülləyə tuş gəlməsin istəmədiyi kimi, virusa yoluxmasını da istəməz. Xalq bu bəlaya qarşı da Qarabağ cəbhəsindəki kimi əzmkarlıqla mübarizə aparsa, inanıram ki, arxa cəbhənin bu mübarizəsi bizə həm Qarabağ, həm də korona cəbhəsində qələbə qazandıracaq.

 P.S. Hə millət, sən demə, yalanın 40 il çəkəni də olurmuş, amma şanlı Azərbaycan Ordusu erməni dığalarına bu şansı vermədi. Dövlət başçımızın qətiyyəti və ordumuzun rəşadəti ilə yaxın zamanlarda Qarabağın tam azad olunmasın qeyd edərik, inşəallah! 

Qarabağ Azərbaycandır, Azərbaycanın da olacaq!

 Yusif Seyid