Mülki əhalimizə təhlükə yaradan hərbi hədəfləri məhv etmək hüququnu necə qazandıq? - VİDEO

14:47 15-10-2020 55

Ötən gün Ermənistanın Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində Gəncə və Mingəçevir şəhərlərinə doğru  əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə edilib.

Mülki insanların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusu legitim hərbi hədəf kimi start vəziyyətində olan bu raketləri qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarıb. Ancaq Ermənistan dövləti Azərbaycanın bu addımını fürsət bilib, ölkəsinə təxribat kimi qiymətləndirir.

Onlar unudurlar ki, Azərbaycanın Ermənistan ərazisindən ölkəmizin hərbi və mülki obyektlərinə, dinc insanlara qarşı raket və digər hücumlar olduğu təqdirdə, Azərbaycan legitim hərbi hədəflər olaraq onların zərərsizləşdirilməsi hüququnu özündə saxlayır.

“BMT Baş Məclisi 1974-ci ildə səkkiz maddədən ibarət təcavüz anlayışı barədə qətnamə qəbul edib. Həmin qətnamənin 3b bəndində təcavüzə məruz qalan dövlətin təcavüzkarın silah obyektlərini məhv etməklə bağlı hüququ tanınır. Orada göstərilir ki, bir dövlət digər bir dövlətin ərazisinə bomba atarsa, bu təcavüz faktıdır. Bunu nəzərə alaraq, biz BMT Nizamnaməsinin 51-ci bəndinə uyğun olaraq, Azərbaycanın müdafiə hüququ yaranır və bu hüququ reallaşdırarkən Azərbaycan bu silahları məhv etmək hüququna malik olur. İstər Ermənistan ərazisi olsun, istərsə də Ermənistanın işğal etdikləri ərazi olsun, bu, Azərbaycan dövlətinin hüququdur”, -hüquqşünas Əfsər Sadiqov bildirib.

Daha ətraflı AZTV-nin videosüjetində: