Ermənidən Kayne Vestə: “Müharibəni uduzuruq, udsaq, Allahın möcüzəsi olar” - FOTO

14:50 15-10-2020 45

Repçi Kanye Vest adı gizlədilmiş erməni ilə yazışmasını paylaşıb.

O bildirib ki, Ermənistanda sülh konserti vermək istəyib:

“Necə fikirləşirsən, prezident bunun xərclərini öz üzərinə götürə bilərmi?”

Həmin şəxs isə bildirib ki, hazırda Ermənistan müharibəni uduzur:

“Demək olar ki, bizim silahımızı yoxdur. Düşmənin dronları, bizim isə sadəcə silahımız var. Biz bundan qalib çıxsaq, ancaq bu, Allahın möcüzəsi olar”.

Repçi cavabında qeyd edib ki, komandası ilə bacardıqları qədər Ermənistana necə tez gedəcəyi barədə danışacaq və Ermənistan üçün dua edir.