İnam Kərimovun kadrları özbaşına qalıb? - Aqrar Xidmətlər Agentliyini qoçular idarə edir

22:02 15-10-2020 55

"İki ay bundan əvvəl mən Kənd Təsərrüfatı naziri İnam Kərimova telefon açdım və AXA da baş alıb gedən qanunsuzluq, özbaşınalıqlar, hərc-mərclik barədə məlumat verdim və məni şəxsən qəbul etməsini xahiş etdiyimi, qanunsuzluqları, korrupsiya faktlarını nazir cənab İnam Kərimov məlimat verdiyim üçün qara günlərim başlayıb". Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşı olmuş Orucov Oruc Bəhrəm oğlu yazır.

Narazı vətəndaş Orucov Oruc Bəhrəm oğlu daha sonra bildirir: "Təzyiq və təqiblərə məruz qaldığımı, Nə qədər çalışıramsa nə cənab İnam Kərimovun, nə də təzə sədr Mirzə Əliyev məni qəbul etmədiklərini və şöbə müdiri Möhtəsim Əhmədov və sektor müdiri Afaq Abbasova tərəfindən məni şərləməyə başladıqlarını demişdim.

Siz mənim müraciətimi dərc etdikdən sonra mənə qəzəblənən AXA-nın yeni sədri Mirzə Əliyev dər hal amansızcasına məni cəzalandırmağı qərara alaraq çox əxlaqsız və çirkin oyuna başladı.

Əvvəlcə guya yenicə şəhid olmuş əməkdaşımızın ruhunu təhqir etmişəm,(Allah Şəhid ruhuna əxlaqsız oyun quran bu əxlaqsızların bəlasını verəcək ..İnşə Allah) dövlət orqananında müəyyən edilmiş qulluq reqlamentini pozaraq mediaya nazirliyin mənafeyinə zidd məlumat vermişəm deyərək 12.10.2020-ci il tarixdə Mirzə Əliyev mənə töhmət elan etdi.

13.10.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 18.03.yarım bəndini və Əmək Məcəlləsinin “b” bəndi ilə şiddətli töhmət elan etdi, 15.10.2020-ci il tarixdə yəni bu gün mənim Dövlət qulluğuma xitam verib məni tutduğum vəzifədən azad etdi.

Korrupsiyaya qarşı mübarizə haqqında “AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU” Maddə 11-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermə [20] 11-1.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi formada verilə bilər.

Şəxsin dövlət müdafiəsi

11-2.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda, səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidirlər.

Bu məlumat korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin yazılı razılığı olduqda açıqlanır. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin konfidensiallığının pozulmasında təqsiri olan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

11-2.2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

Eyni zamanda möhtərəm prezident xalqa müraciət edərək korrupsiya və rüşvətxorluq barədə məlumat verməyi xahiş etmişdir. Mən də cənab prezidentimizin çağrışına dəstək verərək bu gün pandemiya dövründən və ölkədə torpağlarımız uğrunda Prezidentimizin cəsarətli ordumuza dəstəyi sayəsində Qarabağ torpaqlarımızın erməni terrorizimindən təmizlənməsi ilə başladığı bu vaxtda fürsətdən istifadə edərək ölkəmizi, dövlət büdcəsini vəhşicəsinə talayan rüşvətxor məmurlar barədə nazir İnam Kərimova məlumat verdiyim üçün məni məhv edirlər.

Lakin, korrupsiyaya bulaşmış “simasız quldurlar” nə Qanun tanıyır nə də prezidenti saymırlar Ona görə də mən təkrarən Azərbaycan Respublikasının Pezidenti cənab İlham Əliyevə Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanın Əliyevaya Azərbaycan Respublikasının Baş prokuror cənab Kamran Əliyevə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə müraciət edərək Aqrar Xidmətlər Agentliyin sədri Mirzə Əliyevin hüquqlarımın pozması, AXA da baş alıb gedən saxta pul köçürmələrinin, saxta tenderlər vasitəsi ilə milyon manatlarla dövlət vəsaitlərinin mənimsənilməsi faktlarının araşdırılaraq hüquqi qiymət verilməsinə göstəriş verməyinizi xahiş edirəm".

P.S. Yazıda adları çəkilən şəxslərində münasibətin ictimailəşdirməyə hazırıq.

milletinsesi.info