Türkiyə KİV-ləri Prezident İlham Əliyevin -xalqa müraciətini geniş işıqlandırıb

17:59 17-10-2020 135

Prezident İlham Əliyevin oktyabrın 17-də Azərbaycan xalqına müraciəti Türkiyə kütləvi informasiya vasitələri (KİV) tərəfindən geniş işıqlandırılıb. Bəzi telekanallar müraciəti canlı yayımla təqdim edib.

 

Yenixeber.org: Prezident İlham Əliyevin Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərinin düşmən tapdağından azad olunması barədə verdiyi məlumat Türkiyə KİV-lərində sürətlə yayılıb. O cümlədən dövlətimizin başçısının fikirləri ayrıca xəbərlər kimi ictimaiyyətə çatdırılıb.

Məlumatları Anadolu, İHA, DHA agentlikləri, TRT Haber, Haber Türk, TGRT, A Haber, Haber Global, CNN Türk telekanalları, “Akşam”, “Milliyyət”, “Sabah”, “Yeni çağ”, “Yeni akit” və s. qəzetləri, həmçinin bir sıra xəbər portalları yayıb.