Prezident Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verdi

21:18 17-10-2020 95

Prezident İlham Əliyev Hikmət Mirzəyevlə bağlı sərəncam verib.

MillətinSəsi.info xəbər verir ki, sərəncamda bildirilir ki, general-mayor Hikmət İzzət oğlu Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verilsin.

Qeyd edək ki, Hikmət Mirzəyev Müdafiə Nazirliyi Xüsusi Təyinatlı Qüvvələrin Komandanıdır. Oktyabrın 4-də Prezident İlham Əliyev Birlik komandiri Hikmət Mirzəyevi və onun rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib.

H.Mirzəyev 2016-cı ilin aprelində aparılan hərbi əməliyyatlara da rəhbərlik edib. Hikmət Mirzəyev “Vətənə xidmətə görə”, “Azərbaycan bayrağı” ordenləri, “Vətən uğrunda”, “İgidliyə görə”, 3 dəfə “Hərbi xidmətdə fərqlənməyə görə”, 4 dəfə isə Azərbaycan Silahlı Qüvvələrinin yubiley medalları ilə təltif edilib.