"Meliorasiya və Su Təsərrüfatı" ASC “Fərhad” MMC-yə 2 milyon 425 min manat ödəyəcək

18:18 07-11-2020 170

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC tenderin qalibini açıqlayıb. 

FED.az xəbər verir ki, Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Qazax rayonunun Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı və II Şıxlı kəndlərinin əkin sahələrinin su ilə təmin etmək məqsədilə su-nasos stansiyalarının və yeraltı suvarma şəbəkələrinin bərpası ilə bağlı  tenderdə iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.

Açıq tenderin qalibi “Fərhad” MMC  olmuşdur. "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC qalib şirkətə 2 milyon 425 min manat ödəyəcək.

Qeyd edək ki,  "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbəri Əhməd Əhmədzadədir.

Xatırladaq ki, 1993-cü ildən, yəni 26 ildir ölkənin Meliorasiya və Su Təsərrüfatı sahəsinə rəhbərlik edən Əhməd Əhmədzadənin 74 yaşı var və o, mətbuatda tez-tez ən çox korrupsiyaya yol verən, nəticədə də böyük var-dövlət sahibinə çevrilən iri ranqlı məmurlardan biri kimi təqdim olunur. Onun rəhbərlik etdiyi qurumun fəaliyyətilə də bağlı çoxsaylı şikayətlər və tənqidlər səsləndirilir.