Ermənilər Tərtərə 36-ya yaxın top mərmisi atıb

10:52 08-11-2020 162

Cəbhədə gərgin döyüşlər davam edir.

Yenixeber.org: Bu barədə cəbhə bölgəsinə ezam olunmuş əməkdaşımız xəbər verir.

Noyabrın 8-i saat 07:40-dan 08:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutub.

Düşmən rayon rayon ərazisinə ümumilikdə 36-ya yaxın top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülüb.(report)