"Pilot layihə"ni icra edən tikinti şirkəti binanı vaxtında təhvil vermir - VİDEO

11:07 08-11-2020 120

Nərmianov rayonu, Əliyar Əliyev küçəsi 20 ünvanında yerləşən binanın sakinləri “pilot layihə”ni icra edən “Seven star” adlı tikinti şirkətindən şikayətçidirlər.

Bu barədə bina sakinləri Yeniavaz.com-a açıqlamasında bildiriblər.

Sakinlərin sözlərinə görə, “pilot layihə” çərçivəsində onların evləri sökülüb və həmin evlərin yerində hündürmərtəbəli bina tikiləcəyi deyilib. Şirkət tərəfindən binanın 18 aya təhvil veriləcəyi bildirilsə də artıq 2 ildir ki, təmir işləri başa çatmayıb.


Bundan başqa, təmir başa çatmadığı halda şirkət sakinlərə binaya köçmələri ilə bağlı xəbərdarlıq edib. Hətta onlara bina tikilənə qədər qalacaqları evlərə görə verilən kirayə pulları da kəsilib.


Sakinlərin dediyinə görə binada nə qaz, nə su, nə də işıq var.
Vətəndaşların iddiaları ilə bağlı “Seven star” tikinti şirkətindən münasibət öyrənmək istəsək də, cəhdlərimiz boşa çıxdı.
Daha ətraflı videosüjetdə: