İlham Əliyev: “Biz Şuşanı döyüş meydanında qazandıq”

13:30 08-11-2020 171

Şuşa azaddır və biz artıq Şuşaya qayıtmışıq.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciətində bəyan edib.

Prezident bildirib ki, biz Şuşanı döyüş meydanında qazandıq:

“Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı qələbəmizin, zəfərimizin günüdür. Biz bunu danışıqlar masası arxasında yox, döyüş meydanında qazandıq. Bütün bəyanatlara rəğmən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi yolları vardır. Mən bunu dəflərlə demişdim. 30 ilə yaxındır mənasız danışıqlar heç bir nəticə vermədi. 30 il bizim əzəli torpaqlarımız işğal altında qaldı. Ermənistan tərəfi danışıqlarla sadəcə vaxt qazanmaq istəyirdi.

Lakin, qətiyyət, cəsarət göstərdik və Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik. Bütün beynəlxalq kürsülərdə bəyan etmişdimki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bizim əsas məqsədimizdir. Biz bu vəzifəni icra etdik və icra edirik. Şuşada yenidən azan səsi eşidiləcək!”.