Fahrettin Altun: “Yeni zəfəriniz mübarək, Şuşanın qurtuluşu xeyirli olsun!” - FOTO

14:35 08-11-2020 234

"Yeni zəfəriniz mübarək olsun, Şuşanın qurtuluşu xeyirli olsun!”.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun rəsmi “Twitter” hesabında Şuşanın işğaldan azad olması münasibəti ilə təbrikində bildirib.

O, həmçinin Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikasının bayrağının işıqlandırılması ilə bağlı də cavab verib.

“Bayraqlarımız səmalarda əbədi dalğalansın, birlik və bərabərliyimiz daimi olsun, əziz qardaşım”, - deyə o bildirib.