Millimizlə oyuna -daha bir futbolçu çağırıldı

14:45 09-11-2020 110

Sloveniya yığmasının baş məşqçisi Matyaj Kek Azərbaycanla yoldaşlıq, Kosovo və Yunanıstanla isə UEFA Millətlər Liqasının oyunları üçün daha bir futbolçuya dəvət göndərib.

Yenixeber.org: 59 yaşlı mütəxəssis Xorvatiya "Riyeka"sına məxsus yarımmüdafiəçi Adam Qnezda-Çerini komandaya cəlb edib.

Hazırda Almaniyanın "Nürnberq" klubunda icarə əsasında çıxış edən 21 yaşlı oyunçu ilk dəfə milliyə dəvət alıb.

Qeyd edək ki, noyabrın 11-də Azərbaycanı qəbul edəcək Sloveniya yığması 4 gün sonra evdə Kosovo ilə üz-üzə gələcək. Komanda noyabrın 18-də isə Yunanıstanın qonağı olacaq.