Türk Şurasından -Bayraq Günü təbriki

14:47 09-11-2020 234

"Qardaş Azərbaycan xalqını və hökumətini 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə ürəkdən təbrik edirəm”.

Yenixeber.org: Bu barədə Türk Şurasının Baş katibi Bağdad Amreyevin təbrik məktubunda qeyd olunub.

“Bu əlamətdar gün münasibətilə Azərbaycan bayrağının daşıdığı xüsusi mənanı bir daha vurğulamaq istəyirik. Mavi zolaq Azərbaycanın türk mirasını simvolizə edir, qırmızı zolaq müstəqil və çağdaş bir dövlətin qurulmasında qeyd edilən tərəqqini vurğulayır və yaşıl zolaq isə ölkənin İslam mirasını ifadə edir.

Türk Şurası binası önündə hər gün digər türk dövlətlərinin milli bayraqları ilə birlikdə qürurlu dalğalanan Azərbaycan bayrağı qardaş milltələrimizin birliyini və ortaq keçmişini bizə xatırladır.

Azərbaycan milləti üçün son dərəcə önəmli gündə Türk Şurası Azərbaycan və xalqı ilə çiyin-çiyinə olduğunu bir daha qeyd edir, bütün ərazilərdə suverenliyini yenidən təmin etmək üçün apardığı qanuni mübarizəsini dəstəkləyir və Azərbaycanın azad edilmiş torpaqlarının hər bucağında şanlı bayrağının dalğalandığını görmək istəyir”.