Sloveniya - Azərbaycan oyununun -hakimləri açıqlandı

14:52 09-11-2020 140

Azərbaycan millisinin Sloveniya ilə keçirəcəyi yoldaşlıq oyununa hakim təyinatları açıqlanıb.

Yenixeber.org: Matçı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Referi Ferents Karakoya Peter Kubor və İştvan Albert köməklik göstərəcəklər. 4-cü hakim funksiyasını isə sloveniyalı Devid Smayts yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 11-də baş tutacaq Sloveniya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.