MN: -“Xocalıdan Xankəndi istiqamətində hərəkət edən düşmən texnikası məhv edilib”

20:53 09-11-2020 189

Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və döyüş texnikasını məhv etməkdə davam edir.

 Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Noyabrın 9-da günorta saatlarında Xocalı-Şuşa yolu ilə Xankəndi istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə ilə dolu qoşqusunda D-30 topu olan 1 ədəd yük maşını zərbə PUA-sı ilə məhv edilib", - məlumatda qeyd edilib.