Ermənilər -Tərtərin Əskipara kəndini atəşə tutub, mülki ev dağılıb

20:55 09-11-2020 180

Cəbhədə vəziyyət gərgin olaraq qalır.

 Bu barədə cəbhə bölgəsinə ezam olunmuş əməkdaşımız xəbər verir.

Noyabrın 8-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonun Əskipara kəndini artilleriya atəşinə tutub.

Kənd sakini Çingiz Rüstəmovun fərdi yaşayış evinə düşmən tərəfindən bir neçə mərmi atılıb. Nəticədə evə və evin həyətində yerləşən yardımçı tikililərə külli miqdarda ziyan dəyib, ev heyvanları tələf olub. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Qeyd edək ki, ermənilərin Tərtər rayonunun Əskipara kəndinə atdığı mərmilər nəticəsində ümumilikdə 80-ə yaxın evə ziyan dəyib, 20 ev tamamilə dağılıb. (report)

FOTO: Elçin Murad