Hikmət Hacıyev -Ermənistanın talançılığından yazdı

21:02 09-11-2020 189

"Ermənistan tərəfindən 30 ildir işğal altında olan Azərbaycan ərazilərində dağıntıların miqyasını görmək ağlasığmazdır”.

Yenixeber.org: Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazıb.

“Hətta adi kərpic və daş belə talan edilib. Ermənistanın dağıtdıqları geri dönən məcburi köçkünlərin daha yaxşı gələcəyi üçün yenidən tikiləcək”, - o qeyd edib.