Paşinyan ikibaşlı danışdı-"...siçanlara qarşı yan-yana durmalıyıq"

12:01 10-11-2020 180

Azərbaycanla bağlayacağı kapitulyasiya aktının İrəvanda böyük narazılıqla qarşılanması Ermənistan Baş nazirini geri addım atmağa vadar edə bilər.
 Məlumata görə, Paşinyanın az əvvəl öz facebook səhifəsində paylaşdığı statusdan da qan qoxusu gəlir.
"Qiyamçılarla heç bir əlaqəsi olmayan hər kəs evə getsin. Mənə bizə inananların hamısı zəhmət olmasa döyüşə hazırlaşsın. Bir an belə şübhəniz olmasın ki, şərəfsiz bir hərəkətə yol verməmişəm, heç bir müqavilə bağlamamışam və indiyədək hesabını verə bilməyəcəyim davranışım olmayıb. Vətən və xalq qarşısında təmiz olmaq üçün çalışmışam”,-facebook statusunu bu cümlələrlə başlayan Paşinyan Azərbaycan ordusu qarşısında zəifliyini başa düşdüyündən erməni xalqının nifrətini daxili rəqiblərinə qarşı çevirməyə çalışıb:
 
“Bu çətin anda anbardan taxıl daşıyan siçanlara qarşı yan-yana durmalıyıq. Və bulanıq sularda balıq tutanlarla danışacağıq! "