Türkiyə mediası: -Ermənistan təslim oldu

12:02 10-11-2020 207
Türkiyə kütləvi informasiya vasitələri (KİV) Ermənistan silahlı qüvvələrinin müzəffər Azərbaycan Ordusu qarşısında davam gətirə bilməməsi, təcavüzkar tərəfin işğalçılıq siyasətindən əl çəkməyə məcbur edilməsi, bu vəziyyətin yaratdığı siyasi proses barədə ən yeni xəbərləri dünya ictimaiyyətinə çatdırmaqda davam edir.
Telekanallar Prezident İlham Əliyev və Prezident Vladimir Putinin videokonfrans formatında görüşü, dövlətimizin başçısının Azərbaycan xalqına müraciəti, qələbə sevincinin ölkəmizdə coşqu ilə qarşılanmasına dair vəziyyəti çatdırırlar. O cümlədən Ermənistandakı ictimai-siyasi gərginlik barədə məlumatlar ən maraqlı xəbər kimi təqdim olunur.

Türkiyə mediası yazır ki, Ermənistan təslim olub. İşğalçı qüvvələr razılaşdırılmız qrafik üzrə bölgədən çıxarılmalıdır.