Türkiyənin XİN başçısı: -"Azərbaycan əhəmiyyətli bir qələbə qazandı"

12:08 10-11-2020 90

Can Azərbaycan döyüş meydanında və danışıqlar masasında əhəmiyyətli bir qələbə qazandı".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tvitter səhifəsində yazıb.

"Bu mübarək uğuru ürəkdən təbrik edirəm. Can azərbaycanlı qardaşlarımızla bir millət, bir ürək olmağa davam edəcəyik", - Mövlud Çavuşoğlu yazıb.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında atəşkəsə dair razılaşma imzalanıb.