Ermənilər Qazaxda işğal etdikləri kəndləri geri vermək istəmir –Rəsmi açıqlama

17:22 10-11-2020 225

"Ermənistanın Tavuş bölgəsindəki bəzi kəndlərin (söhbət Qazax rayonunun işğal edilən kəndlərindən gedir) Azərbaycanın nəzarətinə keçəcəyi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”.

 Yenixeber.org: Bunu Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorqyan özünün Facebook səhifəsində yazıb.

Qeyd edək ki, Qazax rayonunun 7 kəndi – Bağanıs Ayrım, Xeyrimli, Aşağı Əskipara, Yuxarı Əskipara, Sofulu, Qızılhacılı, Barxudarlı kəndləri 30 ildir ki, işğal altındadır.