Məşhur avtomobil dilleri Kəmaləddin Heydərovun şirkətini məhkəməyə verdi - Borcunu ödəmir

17:55 10-11-2020 261

Azərbaycanda “Mitsubishi” markalı avtomobillərin satışı ilə məşğul olan "Diamond Motors" MMC Fövləqadə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.

Mubahise.az-ın əldə etdiyi məlumata görtə, Azərbaycanda "Mitsubishi Motors" şirkətinin rəsmi dileri olan “Diamond Motors” və onun rəhbəri Elçin Əsədov Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

İddia ərizəsində Kəmaləddin Heydərova məxsus “Gilan Construction Group”un daxilində olan “Gilan İnşaat” şirkətini cavabdeh kimi prosesə cəlb edib.

"Diamond Motors" MMC iddia ərizəsində “Gilan İnşaat”ı avtomobillə və avtomobil servisi ilə təmin etdiyi, bununla bağlı şirkətlə müqavilə imzaladığını, lakin nazirin şirkətinin bu müqavilə üzrə ödəhəliyi yerinə yetirməyərək borcunu ödəmədiyini bildirib. Və həmin pulun məhkəmə qaydasında ödənilməsini tələb edib.

Hazırda işə Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin sədlriyi ilə baxılır. Növbəti məhkəmə prosesi noyabrın 26-da keçiriləcək.

Mənbə Mubahise.az