Jozep Borrel Qarabağla bağlı imzalanan sazişə münasibət bildirdi

11:57 11-11-2020 155

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel Dağlıq Qarabağda hərbi fəaliyyətlərin dayandırılmasını alqışlayıb.

Bu barədə Rusiya mətbuatı yazıb.

“Rusiyanın vasitəçiliyi ilə razılaşdırılan, çərşənbə axşamı Ermənistan və Ermənistan tərəfindən imzalanan atəşkəs insanların ölməsinin qarşısını alacaq, bəlkə də münaqişənin hərtərəfli tənzimlənməsi üçün addım olacaq”, - deyə J.Borrel bildirib.