Naxçıvan koridorunun yaradılmasının önəmi - KİV

12:05 11-11-2020 243

Dağlıq Qarabağla bağlı tərəflərin son razılığına əsasən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni koridorun yaradılması Türkiyə üçün böyük əhəmiyyətə malikdir.

Axar.az xəbər verir ki, bu barədə “Yeni Akıt” nəşri məlumat yayıb.

“Bu layihə reallaşandan sonra Türkiyə ilə Azərbaycan arasında davamlı quru əlaqəsi təmin ediləcək. Bundan başqa, Naxçıvan Türkiyə ilə türk dünyası arasında vacib qapı rolunu oynayacaq”, - nəşr yazıb.