Ərdoğan: Artıq Heydər Əliyevin ruhu şaddır!

16:04 11-11-2020 234

Bundan sonra da biz Azərbaycanla daha sıx və güclü əməkdaşlıq edəcəyik.

Xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Türkiyə və Azərbaycan birlikdə ortaq gələcək quracaq:

“Türkiyə və türk milləti olaraq bu işğalın acısını hər gün ürəyimizdə hiss etdik. Bosniyada qətliamına səssiz qalanlar Qarabağda baş vermiş qətliamlara da məhəl qoymadılar. Biz qətlə yetirilmiş uşaqların, qadınların, ahılların ağrısını azərbaycanlı qardaşlarımızla birlikdə çəkmişik. Bu işğala son qoyan prosesə töhfə vermək üçün bütün qəlbimizlə və imkanlarımızla azərbaycanlı qardaşlarımızın yanında olmuşuq. Demək olar ki, hər gün qardaşım İlham Əliyevlə danışırdıq. Azərbaycan dövləti bu günədək olduğu kimi, bundan sonra da heç bir dinc sakinə zərər gəlməyəcəyi barədə vədi onsuz da verib. Mən bu məsələdə əməyi olan başda hərbi diplomatlarımız olmaqla hər kəsi bir daha təbrik edirəm. Ənvər Paşanın, Nuru Paşanın, Hüseyn Cavidin, Əhməd Cavadın, Heydər Əliyevin ruhu şaddır”.