İşğal...

18:34 11-11-2020 207

Adamlara, ağaclara, meşələrə, torpağa...

 Erməni xislətinin mahiyyətini bilmək üçün uzağa getmək lazım deyil. Son otuz ilin hadisələri, bəşər tarixində misli-bərabəri olmayan qətliamlar, soyqırım hadisələri, terror, vandalizm və adını burda yazmadığımız bütün mənfiliklər ermənilərin simasını diqtə edir. Əslində, onlar elə əvvəldən bu cür simaya sahib olublar. Bizlərsə...

Bizim bəlli humanistliyimiz, ölkəmizdə yaşayan istənilən xalqa, millətə, azsaylı və etnik qruplara göstərdiyimiz bərabər münasibət ermənilərə qarşı da eynilə olub. Keçən əsrin əvvəllərində və daha sonra baş verən erməni-müsəlman münaqişələrindən sonrakı dönəmdə biz onlara qarşı heç nə olmamış kimi, yaxın qonşu, bəzi hallarda isə hətta dost münasibəti bəsləmişik. Sözsüz ki, bu münasibət birtərəfli şəkildə idi və “gəmidə oturub gəmiçi ilə dava edən” də elə onların özü olub...

Bizim qarşımızdakına özümüz kimi, yəni insan kimi münasibətimizə layiq olmayanlar qudurğan bir millətin bariz nümunəsini tezliklə ortaya qoydular. Axı bundan artığını bacarmırdılar və ilk fürsətdəcə, bütün mənfi adın cəm şəklini özlərinə yarlıq etdilər...

Bir neçə müddətdir davam edən döyüşlərdə düşmən tərəfin mülki əhaliyə, sıravi insanlara, evlərə, şəhər və kəndlərə, qəsəbələrə, meşəliklərə, otlaq sahələrinə vurduğu ziyanın tam həcmi hələ müəyyənləşdirilməyib. Hazırda bu məsələ yönündə qismən danışmaq olar ki, bu qisim də erməninin hansı mənfur sifətdə, xislətdə olduğunu göstərməyə kifayət edər. Bu mənada, onların uzun illər, işğal etdikləri otuz il müddətində bizim ərazilərimizdə nə qədər talançılıq, viranəlik, dağıntılar törətdiyini təsəvvür etmək çətin deyil. Bu, hələ maddi, strateji resursların işğal edilməsi, mənimsənilməsi baxımından ağlagəlməz faktlardır, işğalın mənəvi zərərindən isə danışmağına da dəyməz.

Bu zərərlər sözsüz ki, müharibədən sonrakı müddət ərzində tam dəqiqliklə araşdırılacaq, hesablanacaq.Və bərəkətli torpaqlarımızın yerüstü və yeraltı sərvətlərini guya ki, özəlləşdirən, özününküləşdirmək istəyən ermənilərin hansı murdar niyyətdə olduqları bir daha üzə çıxacaq.

Əlbəttə, mənfurluqdan, riyakarlıqdan, xəbislikdən, talançılıqdan, işğalçılıqdan başqa heç nəyi bacarmayan düşməndən heç vaxt yaxşı qonşu ola bilməz. Onlar bunu bacarmadıqlarını tez bir vaxtda göstərdilər və nələri itirdiklərini hələ də anlamırlar. Güman ki, elə heç zaman da anlamayacaqlar...

Anlasaydılar, heç bir sərvətə malik olmadıqlarını, yeraltı-yerüstü xəzinədən məhrum bir toplum olduqlarını, əhalinin sayı barədə bizə dəfələrlə uduzduqlarını mülahizə edər, sakit qonşuluq prinsiplərinə riayət edər, bir ovucdan ibarət saylarının hərb səhnəsində daha da azalmasına imkan verməzdilər. Lakin istənilən sahədə, hansı aspektdən olursa-olsun, davakar və qaniçən mahiyyətini gizlədə bilməyən düşmən üçün uzaqgörənlik və humanizm anlayışı yoxdur. Onlar sadəcə, mənfi bir qövm olaraq, dünyada qara rəngin də mahyyətinə uyğun, kiminsə əməllərindən qanına, geninə ötürüldüyünün var olduğunu göstərmək üçün dünyaya gəliblər. Bəlkə də belə olmasaydı, onlara daim yaxşı qonşuluq nümunəsi göstərənlərə qarşı, bütün hüquqlardan istifadə edərək öz torpağımızda vətəndaşlıq statusunun verilməsini göz önünə gətirər, “çörəyi dizində” olmazdılar...

Lakin göründüyü kimi, onların adı sadəcə olaraq, ermənidir və erməni olduqlarını da hər addımda sübut etməlidirlər...

Müharibələr bəşəriyyət üçün qaçılmaz olub həmişə, lakin istənilən müharibə salnamələrində qarşı tərəfə ermənilər sayaq münasibət, şiddət, işgəncə göstərmək faktı hələ müəyyən olunmayıb...

Erməni terrorçuları vandallıq, işgəncə faktlarını təkcə insanlara, ərazilərə, canlı və cansız obyekt-subyektlərə qarşı göstərməyiblər. Otuz ildə dağıdıb-viran qoyduqları, məhv edib sökdükləriylə kifayətlənməyib, gedəndə də arxalarınca insanlığa, şüurlu-şüursuz, fərqi yoxdur, heç bir canlıya yaraşmayan pis bir əməl qoyub gediblər.

İndi işğal edilmiş ərazilərimizə müvəqqəti də olsa, baxış keçirilir, ətraf mühitə dəyən ziyanla bağlı monitorinqlər aparılır. Elə bu məqsədlə, işğaldan azad olunmuş ərazilərimizdə müvəqqəti xüsusi idarəetmənin təşkiliylə bağlı, ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə və onların ilkin qiymətləndirilməsi məqsədilə yaradılan əməliyyat qərargahlarında müvafiq iş aparılır.

Həmin qərargahlarda təmsil olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları işğaldan azad olunan Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Xocavənd rayonu ərazisində monitorinqlərə başlayıblar. Onların apardığı monitorinqlərdən və etdiyi müşahidələrdən aydın olub ki, sözügedən ərazilərdəki bütün yaşayış məntəqələrində evlərin, binaların, tarixi abidələrin, hətta qəbristanlıqların hamısı tamamilə dağıdılıb. Bu azmıış kimi, ərazidəki çinar, şam, qovaq, tut, eləcə də meyvə ağacları kəsilib və yandırılıb.

Erməni cinayətkarları yaşıllıq massivlərində və meşələrdə qəsdən yanğınlar törədib, nəticədə münbit torpaq qatı, bitki örtüyü və canlı aləm məhv olub. Məlumata görə, erməni faşistləri sovetlərdən xüsusi qorunma statusu olan unikal təbiət abidələri siyahısına daxil edilmiş minillik qədim ağacların qəsdən kəsilməsinə və zəngin tariximizin bu səhifəsinin silinməsinə rəvac veriblər.

Nazirliyin məlumatında bildirilib ki, hələ bir neçə günlük monitorinqlərdə müəyyən edilib ki, Füzuli, Cəbrayıl və Qubadlı rayonu ərazisində yaşı 500, 900 və hətta 1600 il olan Şərq çinarları məhv edilib. Həmin ağacların yerində bitən iki metrlik pöhrələr isə ağacların bir neçə il əvvəl kəsildiyinin sübutudur...

Bu, hələ bir neçə günlük monitorinqlərin nəticəsidir və yaxın gələcəkdə, postmüharibə dövründə erməni terrorçularının necə, nə cür və hansı cinayətkar əməllərinin şahidi olacağımızı təsəvvür etmək çətin olmaz.

...Erməni vandallarının, terrorçularının, silahlı qüvvələrinin, işğalçılarının, cinayətkarlarının və daha neçə adda birləşən bu mənfur sima sahiblərinin qara əməllərindən yazmaqla bitməz. Bu qara əməl sahiblərinin istəsələr də, istəməsələr də, etiraf etsələr də, etməsələr də, boyunlarına alsalar da, almasalar da, sonu, axırı çatıb.

Əslində, sonlarını qara əməlləriylə qazananlara, öz əlləriylə gətirənlərə başqa “düşmən” lazım deyil. Dostu da, düşməni də bir sifətdə görən və bununla da dünyaya bədniyyət təqdimatını edən erməni işğalçılarına hələ də dəstək verənlər heç olmasa, “gözü çıxmış qardaş”ına tərəf baxsın...

...Yazını sona çatdıran məqamda Ermənistanın baş naziri N.Paşinyanın məğlubiyyət rəmzi olan “ağ bayraq” qaldırması mənasını verən xəbər eşidildi. Amma və lakin, ermənilərin məğlubiyyət simvolu olan ağ bayrağı da onların qara niyyətini pərdələyə bilməz. Müharibələrdə hansısa məqamlarda qaçılmaz olan ağ bayrağın qaldırılmasına belə, nə keçmişdə, nə də indi layiq olan erməni silahlı qüvvələri heç olmasa, onun ağ simasını öz mənfur niyyətiylə qaraltmasın...

 Nigar Orucova