Böyük qələbəni şərtləndirən amillər

18:48 11-11-2020 95

Şanlı Azərbaycan Ordusu erməni təcavüzünə qarşı Vətən müharibəsini uğurla davam etdirir. Hadisələrin xronoloji ardıcıllığı göstərir ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan dövləti müharibə öncəsi vaxtlarda çox önəmli işlər görüb. Ölkəmiz dünyanın kosmos ailəsinin üzvü olarkən bəziləri buna dodaq büzüb deyirdilər ki, bu,Azərbaycan üçün artıq xərcdir. Halbuki müharibə göstərdi ki, biz Azərkosmos vasitəsilə döyüş prosesini daha uğurla aparırıq. İsrail və Türkiyədən alınan və erməni ordusunu çaş-baş salan dronlarımız məhz həmin peyklərlə idarə olunur.

Müharibə öncəsi Prezidentin apardığı struktur və kadr islahatları xalq tərəfindən birmənalı dəstəkləndiyi üçün,həmin proses Prezident-xalq birliyini təmin etdi. Keçən ilin son aylarından bugünə kimi davam edən koronavirus epidemiyasına görə aztəminatlı ailə və kiçik sahibkarlara cənab Prezidentin maddi dəstək barədə göstərişləri bu birliyi daha da möhkəmləndirdi.

Vətən Müharibəsi öncəsi ölkənin müdafiə qabiliyyətini daha da möhkəmlətmək üçün müdafiə sənayesi qurumunun yaradılması bu tədbirlərin ayrılmaz tərkib hissəsidir. Həmin dövrdə Rusiya, İsrail, Türkiyə və digər ölkərdən müasir silah və sursatların alınması isə Azərbaycan Ordusuna dünyanın qabaqcıl dövlətləri ilə bir sırada dayanmasına zəmin yaratdı. Bu,büdcənin sosial xərclərinə xələl gətirmədən hərbi xərclərin artırılmasını şərtləndirdi.

II Vətən Müharibəsi öncəsi Prezident Administrasiyasında müxtəlif partiyaların rəhbərləri ilə keçirilən görüşlər, fikir mübadilələri, dioloqlar iqtidarlı-müxalifətli bütün qurumların taleyüklü məsələlərdə, o cümlədən Qarabağın azad edilməsi məsələsində hamını birləşdirdi. Şanlı Azərbaycan Ordusunun bugünki nailiyyətləri Azadlıq meydanında hərbi qüvvələrimizə baxışın-paradın da xüsusi əhəmiyyəti olub. Azərbaycan bu paradla dost və düşmənlərimizə göstərdi ki, ölkəmiz və onun tərkib hissəsi olan Ordumuz keçən əsrin 90-cı illərinin ordusu deyil. Bu ordu ölkə və onun əhalisini qorumaq üçün sarısıdıcı gücə malikdir. Müharibədən qabaq Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi isə əsgərlərimizə müasir hərbin necə aparılmasını öyrətdi. Məhz bu təlimlər Azərbaycan Ordusunu müharibə şəraitində necə davranmağı-döyüşməyi daha da təkmilləşdirdi. Erməni ordusuna ölüm saçan dronlar məhz həmin təlimlərdə sınaqdan çıxarıldı.

Məlumdur ki, Vətən mühəribəsi həm də informasiya müharibəsidir. Həmin səbəbdən hələ də olduğu kimi yazılı və elektron(saytlar) KİV-ləri də imtahan etdi. Fərəhlə qeyd edək ki ölkəmizin jurnalist ordusu da bu missiyanı layiqincə yerinə yetirdi. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması,hərbi sirlərin qorunması istiqamətində KİV-lərimiz kifayət qədər iş gördü və görür. Müharibə öncəsi ölkədə vətənpərvərlik mövzusunun önə çəkilməsi ,,Qarabağ Azərbaycandır, nida!" çağırışının vətəndaşlar tərəfindən yekdilliklə-birmənalı qəbul edilməsi də döyüşən xilaskar əsgərlərimizə dəstək oldu.

Müharibədən qabaqkı dövrdə xalqın müharibəyə hazır olması da əsas şərtlərdən biridir. Hamı bilir ki,müharibə ölüm,işgəncə,dağıntılardandır. Lakin xalq azadlığını,suverenliyini,varolma prinsipini,doğma torpaqlarını geri qaytarmaq,maddi-mənəvi dəyərlərini qorumaq üçün son vasitə kimi müharibəni seçirsə, bu təqdirəlayiq iş kimi alqışlanmalıdır. Çünki öz müstəqilliyini qoruya bilməyən xalq başqa xalqın süvarisinin üzəngisindən öpməyə məhkumdur.

Beləliklə,aparılan qısa təhlil göstərir ki, Azərbaycan Əsgərinin döyüş bölgəsindəki bugünki qələbələri həm də müharibə öncəsi aparılan siyasi, iqtisadi, diplomatiya, hərbi hazırlıq, Döblət-Xalq birliyini yaradılması və digər amillərlə reallaşır. Elə məhz bu birlik də bizi tam qələbəyə apardı. Haydı irəli, Azərbaycan Əsgəri !

P.S. Yazının mürəkkəbi qurumamış Prezident xalqı növbəti xoş xəbərlə müjdələdi: Şuşa işğaldan azad olundu. Eşq olsun Azərbaycan Xalqına, Azərbaycan Ordusuna və Azərbaycan Prezidentinə. Və qələbə ilə başa çatan məntiqi kimi sülh sazişi. Düşmən təslim oldu.

  Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru