Ermənistan dövlətinin memarı Rusiyadır

19:14 11-11-2020 252

Moskva indi də "sülhməramlı" sifətində ermənilərə dəstək verir

 Ötən yazılarımızda erməni xalqının beyninin yuyulmasından, ermənilərin gözündə türk xalqlarının düşmən simvoluna çevrilməsinə ötəri olaraq toxunmuşduq. Bütün milli zəmində yaranan düşmənçilik və münaqişənin mütləq tarixi-mədəni-siyasi kökü var. Məsələn, ABŞ-da ötən əsrin 70-ci illərinə qədər hökm sürən irqçiliyin əsas səbəbi 18-ci əsrin əvvəllərində fransızların bu ərazini ingilis müstəmləkəsindən çıxarıb, öz əlinə keçirmək olub. Bu məqsədlə fransızlarla yerli amerikalı qaradərililər arasında nifaq təşkil edib, vaxtaşırı bu nifaqı qızışdıraraq münaqişə halına gətirib çıxardılar. Sonradan isə 1776-cı ildə ABŞ yaransa da, ötən əsrin 60-70-si illərinə qədər cəmiyyət bu bəladan əziyyət çəkdi. Azərbaycan-Ermənistan münaqişəsi də təxminən buna bənzər şəkildə tarixçəyə malikdir. 18-ci əsrin sonu və 19-cu əsrin əvvəllərində həm İran, həm də Osmanlı dövləti erməni təxribatlarından boğaza yığılmışdı, hər iki dövlət bu millətdən yaxa qurtarmaq üçün yol axtarırdı. Bu zaman Rusiya ermənilərə qucaq açmaq arzusunu ortaya qoydu. Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara, Cənubi Qafqaza köçürülməsi təsadüfi hadisə deyildi. Bu, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi. Sözügedən münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi.

Hələ bu mərhələyə qədər Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya imperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci dəstə" rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi, Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa- olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanın Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu. Daha sonralar isə ermənilərin intensiv şəkildə Cənubi Qafqaza köçü başlandı.

Burada maraqlı bir sual ortaya çıxır; nə üçün məhz ermənilər seçildi? Cavab dahilərin dilindən dəfələrlə səslənib ki, satqınlıqda, xəyanətkarlıqda və oğurluqda bu etnosa çata bilən ikinci bir etnos tapmaq mümkün deyil. Hətta, ermənilərin bu xarakteri "erməni xəstəliyi" kimi dünya ensklopediyasında yer alır.

Haşiyə: Erməni xəstəliyi (Yerevan xəstəliyi, və ya nevropatiyasız irsi ailə amiloidozu və ya Aralıq dənizi ailə qızdırması, digər adları: Ceynuey-Mozental paroksizmal sindromu, periodik peritonit, Reymann sindromu, Siqal-Mamu xəstəliyi) nadir irsi xəstəlik olub, özünü vaxtaşırı residiv serozitdə və amiloidozun inkişafında göstərir. Xəstəlik əsasən ulu babaları Aralıq dənizi sahillərində yaşamış xalqların nümayəndələrində (sonradan harada yaşamasından asılı olmayaraq), xüsusilə ermənilərdə, yəhudilərdə, ərəblərdə aşırı dərəcədə və digər xalqların nümayəndələrinin isə cəmi altı faizə qədərində özünü göstərir. Məhz bu xarakter rus siyasətçilərini özünə cəlb edib.

Beləliklə, Rusiya öz maraqlarını təmin etmək məqsədi ilə erməniləri Cənubi Qafqaza təxminən iki əsr yarım əvvəl köçürməyə başlayıb. Nəhayət, 1918-si ildə Azərbaycanın İrəvan və Zəngəzur qəzalarıvnda erməni dövləti yaratdı, sonradan - 1921-ci ildə isə Mehri rayonu Ermənistana verilməklə Naxçıvan Azərbaycandan ayrıldı.

Ermənilərin Cənubi Qafqaza köçürülməsinin bir səbəbi türk qurşağının qırılması olsa da, digər səbəb isə ermənilərin bu xarakterindən rusların özünün də qorxması idi. Gülüstan və Türkmənçay sülh müqavilələri bağlanan dövrdə Rusiyanın İrandakı səfiri A.S.Qriboyedov çara ünvanladığı məktubda yazırdı: "Əlahəzrət hökmdar, ermənilərin Rusiyanın mərkəzi torpaqlarına köçürülməsinə icazə verməyin. Onlar elə bir tayfadandılar ki, bir neçə onilliklər orada yaşayandan sonra bütün dünyaya car çəkəcəklər ki, bu torpaqlar bizə atalarımızdan və ulu babalarımızdan qalıb". Bu tövsiyələrə əsasən ermənilər Rusiya imperyasının mərkəzi bölgələrinə köçürülmədi, məhz Qafqaza, Azərbaycan torpaqlarına göçürüldü. Bunun ardınca, Türkmənçay sülh müqaviləsindən, yəni ermənilər İrəvan xanlığına köçürülməyə başlayandan cəmi 90 il sonra Rusiya ermənilərə dövlət düzəltdi. Ermənistan dövləti təşkil edilən zaman paytaxt İrəvanın əhalisinin cəmi 25 faizi ermənilər idi, qalan 75 faizi isə azərbaycanlılardan ibarət idi. Həmin dövrdə Qafqazın bütün bölgələrində türk və müsəlmanlara qarşı ermənilərin soyqırımı başlayıb. Bu proses həm indiki Ermənistan, həm də indiki Azərbaycan ərazisində vaxtaşırı olaraq rusların təşkilatçılığı ilə həyata keçirilib. Sovetlər dönəmində isə üç dəfə azərbaycanlılar indiki Ermənistan ərazisindən qovulub. Beləliklə, çar Rusiyası və SSRİ-nin dəstəyi ilə indiki Ermənistan ərazisi azərbaycanlılardan təmizlənib ki, bu ölkə hər zaman Rusiyanın Qafqazdakı dayağı olsun. Proses bu gün də davam edir - Rusiya öz vassalını mükafatlandırmaq üçün ərazilərinin genişləndirməsinə yardımçı olur. 

Qarabağa gəldikdə isə ermənilər bu əraziyə də Rusiya tərəfindən həmin dövrlərdə köçürülməyə başlayıb. Bunun bariz numunəsi Marağa-150 abidəsidir. Bu abidə  Azərbaycan Respublikasının Ağdərə (Mardaket) rayonunun Marağa kəndində İrandan ilk 200 erməni ailəsinin köçürülməsinin 150 illiyi münasibətiylə 1978-ci ildə ucaldılıb. Üzərində ermənicə "Marağa-150" yazılmış abidə 1988-ci ildə ermənilərin Azərbaycana ərazi iddiaları başlayanda yoxa çıxmışdır.

"Marağa-150" dağılmağa məruz qalmasına baxmayaraq, hazırda qalıqları mövcuddur və Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan ərazidə yerləşir. Abidənin yerləşdiyi yer hazırkı Şıxarx qəsəbəsidir. Şıxarx qəsəbəsi ilə Tərtər şəhərini bir neçə kilometrlik məsafə ayırır.

Bütün bunları yazaraq xatırlatmaqla onu demək istəyirik ki, ermənilər özbaşına bu əraziləri mənimsəməyib. Bu mənimsəmənin - erməni dövlətinin qurulmasının təşkilatçısı bütün vaxtlarda Rusiya olub. Bəzən belə fikirlər söylənilir ki, ermənilərin güclü təbliğatı, informasiya müharibəsi aparmaq, millət olaraq təşkilatlanmaq qabiliyyəti var, ona görə də onlar bizim ərazilərimizdə bir dövlət qurub, ikinci dövlətin qurulmasına da cəhd göstərirlər. Guya ermənilər bunun üçün fond yaradıb, illərlə pul yığıb və s. Bunlar hamısı uydurma və ağ yalandan başqa bir şey deyil. Bütün proses Rusiya imperiyasının leqal və qeyri-leqal dəstəyi - birbaşa iştirakı sayəsində reallaşdırılıb. Bu, erməni dövlətinin və Dağlıq Qarabağın formalaşdırılmasının tarixi dönəmlərində açıq- aydın görünür. Məsələn, Rusiya indi bəyan edir ki, 366-cı motoatıcı alayı Xocalıya girərkən Rusiya komandanlığının əmrlərindən kənara çıxıb, rus qoşunlarının zabiti, milliyyətcə erməni olan Seyran Ohanyanın özbaşına əmrlərini icra edib. Belə olan halda, nədən Ohanyan həbs edilərək cəzalandırılmadı, əksinə, Moskvanın təşəbbüsü ilə yaradılmış MDB üzvü olan Ermənistanın müdafiə naziri təyin edilərək görəvləndirildi.

Rusiya bir tərəfdən Azərbaycan torpaqları hesabına erməni dövlətini genişləndirmək istiqamətində işləyir, digər tərəfdən isə ermənilərin azərbaycanlılara nifrət təbliğatını intensivləşdirir ki, Qafqazda daima münaqişə olsun, həmişə ermənilərin Moskvaya ehtiyacı yaransın. Hər iki istiqamət xalqların ziyanına, Rusiyanın isə xeyrinədir - onun Qafqazda varlığına təminat yaradır.

Şahidi olduğumuz son hadisələr də bunu təsdiqlədi. İkinci Qarabağ müharibəsi də Rusiyanın xeyrinə başa çatdı desək, yanılmarıq. Çünki Dağlıq Qarabağda erməni icmasının təhlükəsizliyini təmin edən "sülhməramlılar" adı altında rus qoşunları Azərbaycana gəldi. Bu, Rusiyanın 27 illik arzusu idi. 1993-cü il mayın 25-də 104-cü diviziyanın ölkəmizi tərk etməsi ilə Rusiya qoşunları bütünlüklə Azərbaycandan çıxarılmışdı.

 Akif Nəsirli