Tovuz Rayon İcra Hakimiyyəti "AZƏRTRANSS" MMC-yə 336 min 044 manat ödəyəcək

20:27 11-11-2020 225

Tovuz Rayon İcra Hakimiyyəti tenderin qalibini açıqlayıb. 

FED.az xəbər verir ki, İcra Hakimiyyəti Tovuz rayonunda büdcədən kənar vəsait hesabına yolların əsaslı təmiri işlərinin satınalınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi "AZƏRTRANSS"  MMC olmuşdur.

İcra Hakimiyyəti qalib şirkətə 336 min 044 manat ödəyəcək.