Kənd Təsərrüfatı Nazirliyi “Platin-M” MMC ilə 792 min 527 manatlıq müqavilə bağlayıb

20:29 11-11-2020 306

Kənd Təsərrüfatı Nazirliyi tenderin qalibini açıqlayıb. 

FED.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi Qobustan rayonundakı Heyvandarlıq Kompleksinin ərazisində sərgi mərkəzinin tikintisi tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi “Platin-M” MMC olmuşdur.

Kənd Təsərrüfatı Nazirliyi qalib şirkətə 792 min 527 manat ödəyəcək.