“Sülhməramlılar 300 kilometr məsafə qət ediblər” -VİDEO

13:08 12-11-2020 225

Rusiya sülhməramlıları Ermənistanın Qoris şəhərinə çatıblar.  REN TV xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Yenixeber.org: Bildirilib ki, rusiyalı sülhməramlılar Erebuni aerodromundan 300 kilometr məsafə qət ediblər. 

Qeyd edək ki, dünən Rusiya sülhməramlılarını daşıyan daha səkkiz təyyarə Ermənistana eniş edib. 

Xatırladaq ki,  noyabrın 10-da Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan birgə bəyanat imzalayıblar.