Monteneqrolu müdafiəçilər -millimizlə oyunu buraxacaqlar

13:10 12-11-2020 288

Monteneqro yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunun Azərbaycanla oyununa itkilərlə çıxacaq.

Yenixeber.org: Müdafiəçilər Marko Simiç və Momçilo Raspopoviç qarşıdakı görüşü buraxacaqlar.

Müvafiq olaraq Latviya "Liepaya"sı və Xorvatiya "Riyeka"sında oynayan futbolçular cəza səbəbindən meydana çıxa bilməyəcəklər.

Qeyd edək ki, noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda keçiriləcək Azərbaycan - Monteneqro oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.