Mi-8 və Mi-24-lər -Qarabağdakı sülhməramlı qüvvələrin istifadəsinə veriləcək

13:13 12-11-2020 225

 

Rusiyanin Mi-8 və Mi-24 helikopterləri Qarabağda sülhməramlı qüvvələrin istifadəsində olacaq.
Yenixeber.org: “ria.ru” xəbər verir ki, artıq 8 helikopter sülhməramlı qüvvələrin istifadəsinə verilməsi üçün İrəvandakı hava limanına göndərilib. Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, helikopterlər bölgədə atəşkəsə havadan nəzarət üçün istifadə ediləcək.