Çavuşoğlu:"Atəşkəsə nəzarət mərkəzləri Azərbaycanın icazə verdiyi yerlərdə qurulacaq"

13:14 12-11-2020 225

"Atəşkəsə nəzarət mərkəzi Azərbaycan torpaqlarında bizə verdiyi yerlərdə olacaq. Ev sahibinə hörmətsizlik etmək olmaz. Mən bunu ruslara da dedim”.

Yenixeber.org: Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 12-də Bakıda keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, mərkəzin hansı şəhərdə və bölgədə olacağı barədə nəsə demək hələ tezdir:

“Biz əlbəttə, mərkəzin harada olması ilə bağlı təkliflər verəcəyik. Ancaq Azərbaycanın icazə verdiyi yerlərdə mərkəzlər qurulacaq”.