Penaltini boşa verənlər: -Messi 1-ci, Ronaldu 2-cidir

13:22 12-11-2020 198

Transfermarkt" portalı XXI əsrdə penalti zərbələrini ən çox boşa verən futbolçuların siyahısını açıqlayıb.

Yenixeber.org: Siyahıya İspaniya "Barselona"sının kapitanı Lionel Messi başçılıq edir. Argentinalı hücumçu 11 metrlik cərimə zərbələrinin 27-dən yararlana bilməyib.

İkinci sırada İtaliyanın "Yuventus" klubunun forvardı Kriştianu Ronaldu qərarlaşıb. Portuqaliyalı oyunçu da 27 penaltini qola çevirə bilməyib. Buna baxmayaraq, onda bu nisbət daha aşağıdır.

İlk "3-lüy"ü İtaliya millisinin və "Roma"nın sabiq futbolçusu Françesko Totti tamamlayır. Veteran hücumçu 19 dəfə penaltini boşa verib. Onunla eyni göstəriciyə malik İtaliya "Milan"ının forvardı Zlatan İbrahimoviç 4-cü pillədə yer alıb. Digər italiyalı veteran futbolçu Antonio Di Natale isə 5-cidir - 15 qeyri-dəqiq penalti.