Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Rusiya sülhməramlılarının komandanı ilə görüşüb

20:19 12-11-2020 270

Noyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatına əsasən əməliyyat zonasında yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.