Rektor Ağdərə uğrunda döyüşmüş əsgərin kəsirlərinin silinməsi təklifinə “yox” deyib?!

21:18 14-11-2020 234

Əsgərin kəsirlərinin silinməsi təklifinə rektordan etiraz

Ağdərə uğrunda döyüşmüş əsgərin kəsirlərinin silinməsi ilə bağlı təklif rədd edilib. Bu barədə facebook sosial şəbəkəsindəki "Azərbaycan Reallığı" səhifəsində məlumat yayılıb.

MillətinSəsi.info 
xəbər verir ki, facebook sosial şəbəkəsindəki "Azərbaycan Reallığı" səhifəsində  bildirilir, "Ağdərə uğrunda döyüşlərdə şücaət göstərmiş əsgərimiz Fərid Əsgərovun kəsirlərinin silinməsi üçün Bakı Biznes Universitetinə müraciət edilib. 

Lakin rektor İbad Abbasova ona ünvanlanan təklifi rədd edib və kəsirləri bağışlamayıb."

sekile

Bununla bağlı Bakı Biznes Universiteti ilə münasibət öyrənməyə çalışsaq da, bu mümkün olmadı. Qarşı tərəfində bu məsələ ilə bağlı münasibətin ictimailəşdirməyə hazırıq.