Baksol yolunda yerləşən ’’Hafizin aqlay sexi’’ni kim kimayə edir?

21:27 14-11-2020 225

Baksol yolunda yerləşən "Hafizin aqlay sexi" kimi tanınan obyekt insanlar arasında narazılıq yaratmaqla yanaşı, həm də vergidən də yayınmaqda ittiham olunur. Bu barədə “gundelik-baku.com” yazır.  

Saytın iddiasına görə həmin sexi DİN-də müxtəlif məsul vəzifələrdə işləmiş, hal-hazırda BDYPİ-nin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi vəzifəsində işləyən Mərdan Əliyev himayə edir.

Sayt iddia edir ki, əgər Mərdan Əliyev qanunsuzluqla məşğul olan bir sexi himayə edib, onu dövlətin qanunlarından ’’qoruyursa’’, o rəhbərlik etdiyi dövlət qurumunda hansı qanun-qaydadan danışa bilər?

Hətta sayt növbəti yazısında BDYPİ-də Avtomobillərin Texniki Müayinə Mərkəzdə baş verənlərdən və otaqlardakı ’’qanun-qayda’’dan geniş bəhs edəcəyini də yazır.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Mənbə gundelik-baku.com