“Qarabağ – hər kəsin ortaq arzusu” - ƏSA Teatrından video çarx - VİDEO

21:49 14-11-2020 75

Əlilliyi olan və olmayan aktyorlardan ibarət Azərbaycan Respublikasının ilk inklüziv teatrı olan ƏSA Teatrı “Qarabağ – hər kəsin ortaq arzusu” adlı sosial video-çarx hazırlayıb. 

ƏSA-dan verilən məlumata görə, video-çarxda teatrın aktrisası Günay Məmmədova, aktyorlar İmran Lalayev və Rəsul Zəkiyev iştirak ediblər. 

Ən yaxın zamanda ölkəmizin işğaldan azad olunan bölgələrinə gedərək, arzularını reallaşdırmaq istəyən video-çarx iştirakçıları Qarabağ sevgisinin və həsrətinin xalqımızın hər bir nümayəndəsində olduğunu və arzularımız fərqli olsa da, bu arzuların ünvanının bir olduğunu vurğulayırlar.