Bakını təhdid edən erməni rejissor Kəlbəcəri ağlayaraq tərk etdi — VİDEO

21:55 14-11-2020 207

Bakını təhdid edən erməni rejissor Kəlbəcəri ağlayaraq tərk etdi — VİDEO

 

 
 

“Füzuli, Ağdam bizimdir. Bakı isə növbətidir”.


Bu sözləri vaxtı ilə erməni rejissor Arşak Zakaryan deyib. O, Dağlıq Qarabağın həmin vaxt işğal olunmuş ərazisində istiqamət göstəricisinin yanında dayanaraq sərsəmləyir, “Bilirsiniz, bunu niyə saxlamışıq. Ona görə ki, siz biləsiniz: əgər bir də bizi “öz torpaqlarımızdan” (?) çıxarmaq istəsəniz Bakıya kimi necə gedəcəyimizi bilirik. Füzuli, Ağdam bizimdir. Bakı isə növbətidir”, - deyib.


Qeyd edək ki, türklərə nifrəti ilə tanınan və bununla əlaqədar filmlər çəkən Zakaryan Birinci Qarabağ müharibəsi dövründə separatçı rejim üçün Los-Ancelesdən dəfələrlə yardım gətirib. Əvəzində isə o, Azərbaycanın işğal olunmuş dilbər guşəsi olan Kəlbəcərdə böyük restoranın açıb.


Lakin ədalət öz yerini tapdı. Şücətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi. Bu dəfə də Zakaryan Azərbaycanlıların qanı üstündə tikdiyi varidatını ağlaya-ağlaya qoyub getməli oldu.


Necə deyərlər? Bəs nə oldu Zakaryan? Bakıya kimi gedəcəkdin?..


Yeri gəlmişkən onu da bildirək ki, erməni rejissor həmçinin mütəşəkkil cinayətkarlığa görə, ABŞ-da həbsdə yatıb. Onun qardaşı həmin cinayətə görə 85 il müddətinə azadlıqdan məhrum edilib, bacısı Anait isə səhvən azadlığa buraxılıb, bundan sonra isə qaçıb.(oxu.az)