Paşinyan: "Şuşanı qaytarmaq üçün iki cəhd etdik, lakin ikisi də uğursuz oldu"

22:01 14-11-2020 180

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai televiziyasına müsahibə verib. 

 

O, müsahibəsində Şuşanı itirmələri ilə bağlı suallara da cavab verməli olub: 

 

“Şuşanı qaytarmaq üçün iki cəhd etdik, lakin ikisi də uğursuz oldu”.

 

Paşinyan həmçinin, Şuşanın itirilməsi ilə bağlı yayılan fikirlərə də münasibət bildirib:

 

“Şuşanın itirilməsini biləndə mənə 50 döyüşçümüzün hələ də orada olduğu barədə məlumat verildi. Məlumat verən şəxslə əlaqə qurmağı xahiş etdim və sonra onun Şuşada deyil, Xankəndidə olduğu bilindi”. /Oxu.az