Respublika 1 saylı Psixiatrik Xəstəxanasında korrupsiya oyunu

09:03 15-11-2020 261
Azərbaycan Respublikası 1 saylı Respublika Psixiatriya Xəstəxanası ölkəmizdə psixiatrik xidmətin təşkil olunduğu ən böyük müəssisədir. Lap çoxdan xalq arasında “Məştağa psix xəstəxanası” adlandırırdı.
Müəssisə ilk dəfə 1936-cı ildə Sabunçu rayonunun üzümçülük massivində, “Ləhiş bağları” deyilən ərazidə iranlı milyonçunun iki mərtəbəli 40 çarpayılı 3 saylı Psixiotriya xəstəxana kimi fəaliyyət göstərirdi. Ancaq xeyli müddət baxımsız qalan xəstəxana 2008-ci ildə yenidən canlanmağa başladı. 2009-cu ildə isə şöbələr əsaslı şəkildə təmirə başladı. Yeni korpuslar tikildi.
Bu xəstəxanada Türkiyə ilə yanaşı Avropa ölkələrində də elmi təcrübə keçmiş çoxlu sayda həkim psixiatorlar fəaliyyət göstərir. Xəstəxana 26 korpusdan müvafiq sahələr üzrə 30 şöbədən ibarətdir.
Bütün bunlar təqdirə layiqdir.
Çox təəssüf ki, bu xəstəxanada vəzifələrindən sui istifadə edən həkim psixiatorlar hələdə fəaliyyətdədir. Sosial şəbəkələrdə, xəbər portallarında xəstəxanadakı neqativ hallardan ibarət yazılara çox rast gəlinir.
Bu yaxınlarda redaksiyamızın əməkdaşı Psixiatriya Xəstəxanasına səfər etmişdir. O, təsadüfən 40-45 yaşlarında qadının çox üzgün vəziyyətdə dayandığını müşahidə etdi. Qadına yaxınlaşaraq, niyə pərişan olduğunu sordu. Qadın ona, onun 26 yaşlı oğlu Quliyev Qələmirzənin illərlə ruhi xəstəlikdən əziyyət çəkdiyini bildirir. Anasının dediyinə görə vaxtı ilə Qələmirzə idmançı olub və ölkəmizi təmsil edib. Aldığı travmadan beynində problemlər əmələ gəlmiş və ruhi xəstəliyə gətirib çıxarmışdır. İndi oğlu Qələmirzə, 12-ci dəfədir ki, xəstəxanada yatır və hər dəfə onun yatdığı IX korpusun şöbə müdiri Şahanə həkim ondan pul tələb edir. İki övladı və əri yataq xəstəsi olan qadın bildirdi ki, iki saatdır dayanmışam və qapıda dayanan polislər adı bir telefon zəngini Şahanə həkimlə yaratmırlar. Əməkdaşımız valideynə kömək məqsədi ilə polisdən xahiş edərək ona Şahanə həkimlə danışmağa şərait yaratdı. Sonra isə əməkdaşımız qadından onun həkimlə danışa bilib bilmədiyini soruşdu. O isə bildirdi ki, əlaqə saxladı və Şahanə həkim ondan pul istədi. Qadın isə ona üzərində 20 manatın olduğunu bildirib. Şahanə həkim pul adı eşidən kimi heç 2 dəqiqə çəkmədi ki, IX korpusda işləyən “medbratı” göndərdi. Qadın ona yaxınlaşaraq əlindəki sovqatı və pulu verdi ki, bunu Şahanə həkimə çatdırsın.
Təcrubəli əməkdaşımız dərhal bu hadısələri öz telefonuna yazmışdır. Həmin materiallar araşdırılması üçün lazımi orqanlara təqdim olunacaqdır.
P.S. Bütün bu hadisələr ölkəmizdə qızğın müharibənin getdiyi bir ərəfədə baş verib. Çox təəssüf ki, hələdə bizim ölkəmizdə dildə Hippokrat andı içən, daxilən isə pula sitayiş edən həkimlər mövcuddur. Əməkdaşımız həkimlə telefon əlaqəsi saxlayaraq bu hadisə barədə münasibət bildirməyini xahiş etdi. O isə bütün bunların şər böhtan olduğunu bildirərək “bizimdə yuxarıda adamlarımız var” deyərək, “nə istəyirsiz edin” cavabını verib.
Görəsən Şahanə həkimin güvəndiyi şəxs kimdir?! Bəlkə elə oranın baş həkimi Rəsulov Agahəsəndir?! Hələ bu xəstəxanada, aldığımız məlumata görə nələr baş verdiyinin təfərrüatları gələn yazılarımızda ətraflı işıqlanacaq.



Müəllif: Lalə Qələmsoyr

realxeber.org