Bakıda ağır qəza: Sərnişin yaralanıb xəstəxanalıq oldu

10:00 15-11-2020 234

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, rayon ərazisində iki avtomobil toqquşub.

Hadisə nəticəsində avtomobillərdən birində olan sərnişin, 1967-ci il təvəllüdlü Qarayeva Aidə Mahmud qızı müxtəlif bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.