Suraxanı Rayon İcra hakimiyyətinin işçiləri ön cəbhədə döyüşən əsgərin tikilməkdə olan evini sökdürüb?

21:54 15-11-2020 459

Ön cəbhədə könüllü olaraq döyüşən əsgər İlman Qurbanovun tikilməkdə olan evi sökülüb.  MillətinSəsi.info xəbər verir ki, bu barədə əsgərin qardaşı İldırım Qurbanov sosial şəbəkədə paylaşım edib.

O hər kəsdən məsələyə biganə qalmamağı xahiş edib:

"Sizə məlumat verdiyim kimi kiçik qardaşım Qurbanov İlman Daşdəmir oğlu Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq müzəffər Ordumuzun sıralarına qatıldı. Hal-hazırda da döyüş bölgəsindədir. Döyüşə getməzdən öncə Binə qəsəbəsində, Suraxanı rayonun ərazisində yerləşən yaşayış massivində özunə ev tikirdi. Evi 8 daş qaldırmışdı. Orduya gedəndən sonra tikinti dayandı.

Ötən gün Suraxanı Rayon İcra hakimiyyətinin işçiləri (Hövsan icra nümayəndəliyini əməkdaşları da ola bilər. Ətrafdan görən şəxlərin sözlərinə görə süd rəngində olan 902 nömrəli "Prado" gəlib, texnika gətirib və dağıdıb) heç bir yazılı və ya şifahi xəbərdarlıq etmədən tikintini darmadağın ediblər! Xahiş edirəm ictimailəşdirin".

qazinin-eviqazinin-evi1qazinin-evi2

Qeyd edək ki, ötən ilin noyabrın 12-də Prezidentin sərəncamı ilə Əziz Əzizov Suraxanı Rayon İcra Başçısı təyin edilib. 

Əziz İmran oğlu Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirmişdir.

1985-1986-cı illərdə Tramvay parkında xətt sahəsi əmiri ustası, 1986-1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987-1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989-1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990-1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışmışdır.

1996-2006-cı illərdə Sahibkarlıq fəaliyyəti məşğul olmuş, 2006-2018-ci illərdə isə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdu.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.