Ermənilərin Kəlbəcərdən köçü: Qisası təbiətdən alırlar - VİDEO

21:56 15-11-2020 153

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanata əsasən Kəlbəcər rayonunu təhvil verməli olan erməni tərəfi ətraf mühitə zərər vurmağa davam edir.

Ermənilərin Kəlbəcərdə meşə ərazilərinin yandırılması faktı ilə bağlı növbəti video yayılıb.

Rayonu təhvil vermək öhdəliyini üzərinə götürən erməni tərəfi ekoloji terrora əl atır. Burada yaşayan ermənilər nəinki mülki obyektləri, eləcə də meşə sahələrini yandırır. Bu isə bölgənin ekoloji balansına, flora və faunası ciddi təhlükə yaradır.