YPX 8 ay sonra qanunu pozaraq qərar çıxarıb

21:59 15-11-2020 140

Bakı şəhər Yol Patrul Xidməti İnzibati Xətalar Məcəlləsinin tələblərini pozaraq qərar çıxarıb.

Mubahise.az xəbər verir ki, 2020-ci il fevralın 6-da saat təxminən 16:45 radələrində Bakı şəhəri, Neftçilər prospektində şəhər sakinin idarə etdiyi avtonəqliyyat vasitəsi Bakı şəhər DYPİ YPX-nın baş inspektoru, polis baş leytenantı Quliyev Faiq Fəxrəddin oğlu tərəfindən dayandırılıb.

İnpektor sürücünü inzibati xəta törətməsində günahlandırıb. Sürücü isə inspektorun iddiasının qanunsuz və əsassız olduğunu bildirib. Sonra YPX inspekltoru inzibati protokol tərtib edərək yaranmış mübahisəni gələcəkdə araşdırlması üçün Bakı şəıhəri DYPİ-nə göndərib.

Bundan səkkiz ay keçəndən sonra, oktyabrın 18-də IXP3079688 saylı elektron qərar qəbul edilib. Lakin bu qərar qanunu pozaraq qəbul edilib.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır.

Həmin Qanunun 111.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzadır.

Səkkiz aydan sonra qərarın hansı hüquqi əsasla qəbul olunması isə sual altındadır.