“Rossiya-1” telekanalı: “Azərbaycan qələbəni qeyd edir, Ermənistan ordusu isə darmadağın olub” - VİDEO

13:47 16-11-2020 110

“Rossiya-1” telekanalının aparıcısı Dmitri Kisilyov “Vesti Nedeli” proqramında Azərbaycanın İkinci Qarabağ müharibəsində qəti qələbə qazandığını qeyd edib.

“Hakimiyyətə 2,5 il əvvəl “rəngli” inqilab dalğası ilə gələn Paşinyan “Qarabağ – Ermənistandır və nöqtə” deməklə Azərbaycanla danışıqlardan imtina etdi. O, danışıqlar əvəzinə Şuşaya oynamağa getdi. Bu özündən razılıq Ermənistanın aldadılması idi. Nəticədə Ermənistan ordusu darmadağın edildi”, - deyə Kisilyov deyib.

O qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə Qarabağın hər hansı bir statusundan söhbət belə gedə bilməyəcəyini əsaslı şəkildə bildirib.

“İlham Əliyevin uzun müddət Azərbaycanın başında qalmaq üçün real şansı var. Axı İkinci Qarabağ müharibəsində ölkə açıq şəkildə qələbəni qeyd edir. Azərbaycan Ermənistandan 1990-cı illərin əvvəllərində aldığı hərbi məğlubiyyət kompleksindən canını qurtardı”, - deyə aparıcı bildirib.